30 
May
2020
11:41
172
56
7965
yuxarı
Azərbaycana xına mərasiminə gəlib, iki ay Türkiyəyə qayıda bilməyən ailədən xəbər var - FOTO
30 May, 2020
11:41
7965
172
56
Azərbaycana xına mərasiminə gəlib, iki ay Türkiyəyə qayıda bilməyən ailədən xəbər var - FOTO
Xına mərasimində iştirak etmək üçün Azərbaycana gələn və karantin rejimi ilə əlaqədar vətənlərinə qayıda bilməyən Türkiyə vətəndaşlarından xəbər var.
“Hurriyet”in məlumatına görə, Balakəndə 27 yaşlı Rəsul Çakır və 21 yaşlı Gülyanə Yekayevanın xına mərasimi olub.
Mərasimdən sonra R.Çakır, anası Gülhan, atası Həsən və qohumları Mustafa Çakır karantin rejiminə görə sərhədlər bağlı olduğundan, iki ay Azərbaycanda qalıblar.
Türkiyədən onlar üçün göndərilən təyyarə həmin şəxsləri Malatya şəhərinə aparıb. Bundan sonra 14 gün karantində qalan ailə Rizəyə - evlərinə qayıda bilib.
Türkiyəli bəy martın 25-nə planlaşdırılan toyun yaya təxirə salındığını bildirib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək