30 
May
2020
13:01
365
226
17415
Virtual karabakh

Azərbaycanda polis bıçaqlandı - RƏSMİ AÇIQLAMA/FOTO + YENİLƏNİB

30 May, 2020
13:01
17415

Azərbaycanda polis bıçaqlandı - RƏSMİ AÇIQLAMA/FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi Bərdə rayonunda polis əməkdaşının bıçaqlanması məsələsinə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Oxu.Az-ın sorğusuna cavab olaraq deyib ki, bu gün səhər saat 11:00 radələrində rayonun Qaradəmirçi kənd sakini Vüsalə Cəfərova Bərdə Rayon Polis Şöbəsinə zəng edərək bildirib ki, hazırda atası və qardaşı tərəfindən döyülür:

“Həyatı təhlükədə olub. Dərhal RPŞ-nin Əməliyyat İstintaq qrupu kəndə yollanıb. Onlar qadının qardaşı tərəfindən döyüldüyünü görüblər. V.Cəfərovanı qardaşının əlindən alan zaman o, əlindəki bıçağı bacısına vurarkən polis əməkdaşı Eşqin Məmmədov özünü bıçağın qabağına atıb və bıçaq ona dəyib”.

E.Zahidov bildirib ki, polis öz həyatı bahasına başqasının həyatını xilas edib:

“Hazırda polis əməkdaşı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qızı döyən qardaşı Elşən Cəfərov da saxlanılaraq, RPŞ-ə gətirilib”.

13:01

Bərdə rayonunda polis əməkdaşına xəsarət yetirilib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Rayonun Qaradəmirçi kəndində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşı Eşqin Məmmədov xidməti vəzifəsini yerinə yetirərkən bıçaqlanıb.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri