30 
May
2020
14:27
24
252
5092
Virtual karabakh

Ağciyər İnstitutunda daha bir xəstə öldü

30 May, 2020
14:27
5092

Ağciyər İnstitutunda daha bir xəstə öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETACXİ) daha bir xəstə ölüb.

Oxu.Az xəbər verir ki, 1960-cı il təvəllüdlü xəstə mayın 27-i saat 15:40-da ETACXİ-yə daxil olub. 

Xəstə həkim müayinəsindən keçərək aidiyyəti üzrə şöbəyə yerləşdirilib və zəruri müalicə tədbirləri seçilib. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, bu gün kəskin ağciyər-ürək çatışmazlığı, ağciyər ödəmi, ağciyər vərəmi, ÜXÇ, sinus taxikardiyası, durğunluq pnevmoniyası ilə xəstənin bioloji ölümü qeydə alınıb.

Xəstədən COVID-19-a qarşı götürülən test nümunələrinin nəticələri neqativ (mənfi) olub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ölüm faktını Oxu.Az-a təsdiq edib.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri