İyn
2020
18:25
376
29
4416
Virtual karabakh

Şəkidəki ayı bir müddət sonra vəhşi təbiətə buraxılacaq - RƏSMİ

1 İyn, 2020
18:25
4416

Şəkidəki ayı bir müddət sonra vəhşi təbiətə buraxılacaq - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qonur ayı Altıağac Miilli Parkındakı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə yerləşdirilib, həkim-mütəxəssislər tərəfindən müayinə olunub, ona ilkin tibbi yardım göstərilib və nəzarətə götürülüb.

Bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

Onun verdiyi məlumata görə, hazırda ayı volyerdə müşahidə altındadır. Bir müddət mərkəzdə reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq. Nazirliyin sözçüsü qonur ayıya tibbi və digər texniki yardım göstərdiklərinə görə Bakı Zooparkının direktoru Azər Hüseynova, baytar həkim Canpolad Əmirova və zooparkın əməkdaşı Vüqar Həsənova minnətdarlıqlarını bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri