İyn
2020
16:30
157
60
4473
Virtual karabakh

Deputat nazirləri parlamentə çağırdı, bankların bağlanmasına qarşı çıxdı

2 İyn, 2020
16:30
4473

Deputat nazirləri parlamentə çağırdı, bankların bağlanmasına qarşı çıxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dövlət büdcəsi Maliyyə Nazirliyinin vəsaiti deyil. Amma iclasa yalnız maliyyə naziri gəlir və sualları cavablandırır”.

Oxu.Az-ın xəbərinə görə, bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov 2019-cu ilin büdcəsinin icrası barədə sənədin müzakirəsi zamanı deyib. 

O bildirib ki, büdcə müzakirələrində digər aidiyyəti nazirliklər də iştirak etməlidir. 

“Elə məsələ var ki, ona digər hökumət üzvləri cavab verməlidirlər. Təklif edirəm ki, büdcə müzakirəsinə digər qurumların rəhbərləri də qatılsın. Məsələn, bank sektoru ilə bağlı elə suallar var ki, buna başqa aidiyyəti qurumlar cavab verə bilər”, - deyə V.Əhmədov əlavə edib. 

Deputat onu da söyləyib ki, Azərbaycanda bank sektoru ilə bağlı problemlər qalmaqdadır. O, bankların bağlanılmasına qarşı olduğunu da bildirib: 

“Bankları bağlamaqdansa, Mərkəzi Bank onların birləşdirilməsi yönündə qərarlar qəbul etməlidir. Azərbaycanda son vaxtlar bağlanan dörd bankda  (“Amrahbank”, “NBC Bank”, “Ata Bank” və “AGBank”) 700 milyon manat əmanət var idi”. 

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri