İyn
2020
21:40
49
193
3812
Virtual karabakh

Hakim ştatları üç dəfəyə yaxın artırılıb

3 İyn, 2020
21:40
3812

Hakim ştatları üç dəfəyə yaxın artırılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Son dövrlər hakimlərin təminatının əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, infrastrukturun müasirləşdirilməsi məqsədilə hakim ştatları üç dəfəyə yaxın artırılıb”.

Oxu.Az xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurasından verilən məlumatda qeyd olunub.

Dövlət başçısının Fərmanı ilə hakim ştatının 200 vahid artırılması məhkəmə fəaliyyətinin səmərəliliyinə əsaslı təsir göstərib. Ötən ay hakimlərin təyinatı ilə bağlı 60-dan çox mühüm qərar qəbul edilib, o cümlədən dövlət başçısının Sərəncamları ilə Ali Məhkəmənin sədr müavini və kollegiya sədrləri, apellyasiya instansiyası məhkəmələrinə 11 kollegiya sədri, 16 məhkəmə sədri təyin edilib.

Bəzi hakimlərin iş yeri intizam qaydasında dəyişdirilib. Habelə Ali Məhkəmənin beş hakiminin aşağı işə keçirilib və 20-dək yeni nəsil gənc hakim ali və apellyasiya məhkəmələrinə irəli çəkilib. Bu isə öz növbəsində hakimlərin məsuliyyət hissinin artırılmasında mühüm əhəmiyyət kəsb edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri