İyn
2020
15:08
66
100
2337
Virtual karabakh

Şəmkirdə karantin qaydalarını pozan çay evi sahibi cərimə olundu - FOTO/VİDEO

4 İyn, 2020
15:08
2337

Şəmkirdə karantin qaydalarını pozan çay evi sahibi cərimə olundu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəmkirdə sanitar-karantin qaydalarını pozan çay evi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilən sanitar-karantin rejimi qaydalarının təmin olunması istiqamətində Şəmkirdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.

RPŞ-nin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayonun Aşağı Seyfəli kəndi ərazisində Ricat Qafarovun işlətdiyi çay evində müştərilərin koronavirusa görə qadağan edilən qəlyan avadanlıqlarından istifadə etməsi müəyyən olunub. 

Bundan başqa, çay evinə baxış zamanı müştərilərin sosial məsafə gözləmədiyi, tibbi maskalardan da istifadə etmədikləri aşkarlanıb. Obyektdə olan beş nəfər saxlanılaraq, RPŞ-yə gətirilib. Karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi protokol tərtib olunub. Onlar müvafiq qaydada ciddi cərimə ediliblər. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri