İyn
2020
18:01
62
278
24287
Virtual karabakh

Daxili və xarici uçuşların bərpası ilə bağlı MÜHÜM AÇIQLAMA - VİDEO

“Yaxın günlərdə daxili uçuşların bərpa edilməsi gündəmdədir”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Sədrin sözlərinə görə, hava nəqliyyatını tənzimləyən metodiki göstərişlər hazırlanıb:

“Daxili uçuşlarda, gəliş və gedişlərdə laborator analizlərin keçirilməsi məsələləri də göstərişlərə daxil edilib. Bəzi müzakirəsi tamamlanmayan məsələlər qalıb. Bunlara da tez bir zamanda aydınlıq gələcək.

Beynəlxalq uçuşlara gəldikdə, xarici hava nəqliyyatı qurumları məlumatlar veriblər. Ölkəmizdə bununla bağlı müzakirələr gedir və biz bu məsələni 1 iyula qədər gecikdirə bilərik”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri