İyn
2020
20:20
218
65
3676
Virtual karabakh

DSX-dən açıqlama: “Keşikçidağ”da təxribat xarakterli hadisə qeydə alınmayıb”

4 İyn, 2020
20:20
3676

DSX-dən açıqlama: “Keşikçidağ”da təxribat xarakterli hadisə qeydə alınmayıb”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verildiyi kimi, “Keşikçidağ” Dövlət Tarixi-Mədəniyyət Qoruğunun ərazisində Gürcüstanın bir qrup vətəndaşı tərəfindən 2020-ci il iyunun 4-də dövlət sərhədinin pozulmasına yönələn təxribat xarakterli hərəkətlərin planlaşdırıldığına dair məlumatlar əldə olunub.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Oxu.Az-a bildiriblər ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Gürcüstan Sərhəd Mühafizəsi ilə qarşılıqlı həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan–Gürcüstan dövlət sərhədində “Keşikçidağ” Dövlət Tarixi-Mədəniyyət Qoruğunun ərazisində təxribat xarakterli hər hansı hadisə qeydə alınmayıb.

Bir daha bildirilir ki, Azərbaycan Dövlət Sərhəd Xidməti hər bir zaman dövlət sərhədlərinin keşiyində qətiyyətlə dayanıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri