İyn
2020
13:51
104
165
2287
Virtual karabakh

Komitə sədri aliment ödəməyənlərin saxlanılmasını təklif edir

5 İyn, 2020
13:51
2287

Komitə sədri aliment ödəməyənlərin saxlanılmasını təklif edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin iclasında parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova alimenti ödəməyənlərlə bağlı məsələ qaldırıb.

Oxu.Az-ın xəbərinə görə, H.Hüseynova “Məhkəmə-Hüquq Şurası” haqqında qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib ki, bəzən aliment ödəməyən şəxslər barədə tədbirlər görülmür. 

Deputat qeyd edib ki, alimenti ödəməyən şəxslər hüquq-mühafizə orqanları tərəfindən saxlanılmalıdır. 

“Təklif edirəm ki, alimenti ödəməyənlər axtarışa verilsin, saxlanılsın və barələrində tədbirlər görülsün”, - deyə H.Hüseynova əlavə edib. 

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri