İyn
2020
14:24
252
58
6495
Virtual karabakh

DSX erməni yalanını ifşa etdi: “Sərhəd-döyüş mövqelərimizi irəli çəkmişik” - VİDEO

5 İyn, 2020
14:24
6495

DSX erməni yalanını ifşa etdi: “Sərhəd-döyüş mövqelərimizi irəli çəkmişik” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İyunun 4-də Ermənistan Müdafiə Nazirliyinin rəsmi mətbuat orqanı olan “hayzinvor.am” saytında yerləşdirilmiş materialda erməni silahlı qüvvələrinin ölkənin şimal-şərqində Azərbaycan ilə dövlət sərhədində yeni döyüş mövqeyinin yaradılması qeyd edilib. Bununla əlaqədar Dövlət Sərhəd Xidməti rəsmi olaraq bildirir ki, Qazax və Ağstafa rayonları ərazisində Azərbaycan-Ermənistan dövlət sərhədindən keçən təmas xəttində düşmən tərəfinin öz mövqelərini irəli çəkməklə hər hansı yeni döyüş mövqeyi əldə etməsi barədə məlumat həqiqətə tam ziddir”.

Bu barədə DSX-dən bildirilib. 

Qeyd olunub ki, əksinə, DSX-nin sərhəd-döyüş mövqelərinin irəli çəkilməsi nəticəsində düşmənin bir sıra istiqamətlərdə müxtəlif diversiya və təxribatlar törətmək imkanları ciddi məhdudlaşdırılıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri