İyn
2020
12:53
53
215
4072
Virtual karabakh

Bakıda 24 nəfər metil spirtindən ölüb

9 İyn, 2020
12:53
4072

Bakıda 24 nəfər metil spirtindən ölüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Binəqədi rayon sakini, 1968-ci il təvəllüdlü Fərman Xudaverdiyev aptekdə tibbi adı ilə satılan texniki (metil) spirtdən zəhərlənib.

Bu barədə Oxu.Az hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.

Respublika Toksikologiya Mərkəzinə gətirilən həmin şəxsin həyatını həkimlər xilas edə bilməyiblər.

Mərkəzin rəhbəri Azər Maqsudovun Oxu.Az-a verdiyi məlumata görə, martın 20-dən bu günə qədər 28 nəfər metil spirtindən zəhərlənmə diaqnozu ilə klinikaya daxil olub, onlardan 19-u ölüb. Ümumilikdə, göstərilən müddətdə Bakıda 24 nəfər metil spirtindən həyatını itirib.

Bundan əvvəl, müvafiq qurumların paytaxt apteklərində reydlər keçirdikləri və metil spirtinin satışdan çıxarıldığı bildirilmişdi.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri