10 
İyn
2020
00:39
28
338
15172
Virtual karabakh

Sumqayıtda binada uçqun olub, dağıntılar altında qalanlar var - FOTO/VİDEO + YENİLƏNİB

10 İyn, 2020
00:39
15172

Sumqayıtda binada uçqun olub, dağıntılar altında qalanlar var - FOTO/VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıtda binanın giriş hissəsinin uçması nəticəsində 1970-ci il təvəllüdlü İdrak Hüseynov və 1967-ci il təvəllüdlü Gülxanım Cəfərova xəsarət alıblar. 

“Report” xəbər verir ki, hadisə zamanı dağıntılar altında daha üç nəfərin qaldığı bildirilir. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib və hazırda təxliyə işləri aparılır.

Bildirilir ki, ərazidən dördü azyaşlı olmaqla, beş nəfər təxliyyə olunub. 

Hadisə yerinə həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları və Qubadlı Rayon İcra Hakimiyyətinin nümayəndələri gəlib. 

00:15

Sumqayıtda yaşayış binasında uçqun hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə 12-ci mikrorayonda qeydə alınıb.

İlkin məlumata görə, binanın giriş hissəsi uçub. Hadisə zamanı dağıntıların altında qalanların olduğu bildirilir.

Hadisə yerinə xilasedicilər cəlb edilib.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri