21 
İyn
2020
16:22
75
641
31345
Virtual karabakh

Mingəçevirdə gəncin anasını öldürməsinin təfərrüatı məlum oldu - YENİLƏNİB

21 İyn, 2020
16:22
31345

Mingəçevirdə gəncin anasını öldürməsinin təfərrüatı məlum oldu - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qətlə yetirilən qadın oğlu tərəfindən yatmış vəziyyətdə bıçaqlanıb.

Mərhum B.Hacıyevanın anası Bəsti Babayevanın sözlərinə görə, gecə saatlarında nəvəsi 17 yaşlı E.Hacıyev anası Brilyant Hacıyevanı yatarkən öldürüb.

“Hadisədən səhər saatlarında xəbər tutdum. Nəvəmin qətli nədən törətməsindən isə xəbərsizəm. Səhər təxminən saat 8-də qonşunun oğlu qapımızı döydü, dedi qızın oğlu tərəfindən bıçaqlanıb. Soruşdum niyə? Biz evə çatanda meyiti morqa aparmışdılar. Nəvəmin anasına neçə bıçaq vurmasını bilmirəm, amma onu bilirəm ki, anasını yatmış vəziyyətdə bıçaqlayıb”.

Qeyd edək ki, E.Hacıyev faktla bağlı prokurorluq və polis əməkdaşları tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

“Report”un əldə etdiyi məlumata görə, qadının həyat yoldaşı bir neçə il əvvəl dünyasını dəyişib. Ailə üzvləri Ağdam rayonundan məcburi köçkündürlər.

Araşdırmalar davam etdirilir.

09:38

Mingəçevirdə Ağdamın Qiyaslı kənd sakini öldürülüb. 

APA-nın məlumatına görə, hadisə gecə saatlarında şəhərin Yeni həyat köçkün qəsəbəsindəki fərdi təsərrüfatlardan birində baş verib. 

1974-cü il təvəllüdlü qəsəbə sakini Hacıyeva Brilyant Nizami qızı ürək nahiyəsinə vurulan bıçaq zərbəsindən sonra yerindəcə keçinib. 

İlkin məlumata görə, qətli qadının oğlu Elmir Hacıyev qısqanclıq zəminində törədib. Hadisənin səbəbi hələlik tam məlum deyil. 

Hadisəni törədən E.Hacıyevin polisə təslim olduğu deyilir.

“Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri