22 
İyn
2020
09:46
110
64
3961
Virtual karabakh

Azərbaycan vətəndaşlarının Gürcüstandan təxliyyəsi başlanır - FOTO

22 İyn, 2020
09:46
3961

Azərbaycan vətəndaşlarının Gürcüstandan təxliyyəsi başlanır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstandan təxliyyə ediləcək Azərbaycan vətəndaşlarından koronavirusla bağlı testlərdən götürülür.

APA-nın xəbərinə görə, təxliyyəsi planlaşdırılan 178 Azərbaycan vətəndaşından bu gün səhər saat 08:00-dan PSR testlərinin götürülməsinə başlanılıb.

Səfirlikdən verilən məlumata görə, analizlərin cavabı günün sonunadək açıqlanacaq və neqativ cavab alan şəxslər iyunun 23-də, saat 10-da Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısından xüsusi avtobuslarla “Sınıq körpü” sərhəd-keçid məntəqəsinə gətiriləcəklər.

Təxliyyə olunacaq şəxslərin Azərbaycanda karantində saxlanılmayacağı bildirilib.

Test cavabı müsbət olanlar isə Gürcüstanda xəstəxanalara yerləşdiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri