22 
İyn
2020
15:11
31
367
4240
Virtual karabakh

Dağıstanda Azərbaycan vətəndaşları üçün qurulmuş düşərgə genişləndirilə bilər

22 İyn, 2020
15:11
4240

Dağıstanda Azərbaycan vətəndaşları üçün qurulmuş düşərgə genişləndirilə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan nümayəndə heyəti - Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, hərbi və digər idarələrin nümayəndələri ölkə vətəndaşlarının yaşadığı çadır şəhərciyində əlavə yerlərin təşkilini müzakirə etmək üçün Rusiyaya, Dağıstan Respublikasının Dərbənd rayonuna gediblər.

“Arqumentı i faktı” nəşri xəbər verir ki, bu barədə Dərbənd rayonunun başçısı Fuad Şıxıyev “Instagram” hesabında yazıb:

“Nümayəndə heyətinin səfərində məqsəd müvəqqəti çadır şəhərciyində əlavə yerlərin təşkili, orada qalan Azərbaycan vətəndaşlarının yaşayış şəraiti ilə tanış olmaqdır”.

Bildirilir ki, vətəndaşlar Azərbaycan Respublikası tərəfindən təsdiq edilmiş siyahılara uyğun olaraq sərhəddən vətənə buraxılacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri