24 
İyn
2020
11:24
110
22
1760
Virtual karabakh

Balakəndə külli miqdarda narkotik vasitə dövriyyədən çıxarıldı - FOTO

24 İyn, 2020
11:24
1760

Balakəndə külli miqdarda narkotik vasitə dövriyyədən çıxarıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Cavid Dibirov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 13 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. 
Davam etdirilən əməliyyat tədbirləri ilə Gərəkli kəndinin ərazisindən axan çay kənarındakı kolların arasında C.Dibirovun gizlətdiyi bir ədəd sintetik torbada altı kiloqramdan artıq qurudulmuş marixuana da aşkar edilərək maddi sübut kimi götürülüb. 

Faktla bağlı RPŞ-də cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri