27 
İyn
2020
12:46
125
282
5432
Virtual karabakh

Rayonlara getmək istəyən yüzlərlə nəqliyyat vasitəsi geri qaytarıldı - RƏSMİ

27 İyn, 2020
12:46
5432

Rayonlara getmək istəyən yüzlərlə nəqliyyat vasitəsi geri qaytarıldı - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 26.06.2020-ci il saat 00:00-dan 27.06.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1768 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 325 nəfər həmin Məcəllənin 211.2-ci və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə Məcəllənin 211.3-cü maddəsi ilə 1 nəfər olmaqla ümumilikdə 2094 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 80-i rayon, 320-i paytaxt istiqamətinə olmaqla 400, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 40-ı rayon, 65-i paytaxt istiqamətinə olmaqla 105, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 500-ü rayon, 250-i paytaxt istiqamətinə olmaqla 750 nəqliyyat vasitəsi geri qaytarılıb, ümumilikdə 1255 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri