İyl
2020
12:04
24
166
4055
Virtual karabakh

Saatlı sakinlərindən su problemi ilə bağlı etiraza İcra Hakimiyyətindən cavab - VİDEO

3 İyl, 2020
12:04
4055

Saatlı sakinlərindən su problemi ilə bağlı etiraza İcra Hakimiyyətindən cavab - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Saatlı rayonu ərazisində kənd sakinləri etiraz aksiyası keçirib.

Oxu.Az xəbər verir ki, sakinləri narahat edən su problemidir.

Onlar içməli suyun olmamasının, əkin sahələrinin suvarılmamasının ciddi problemlərə yol açdığını deyirlər.

Məsələ ilə bağlı Saatlı Rayon İcra Hakimiyyətinin başçının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Gündüz Səmədli Oxu.Az-a açıqlamasında kənd ərazisində içməli su ilə bağlı problemin olmadığını deyir:

“Söhbət rayonun Nabatkənd kəndindən gedir. Problem əkin sahələrinin suvarılması ilə bağlıdır. Araz çayında suyun azalama səbəbindən suvarma kanalları lazımı qədər su ehtiyatı ilə təmin edilə bilmir. Bu da əkin sahələrinin suvarılmasında çətinliklər yaradır. Bu problem Nabatkəndlə yanaşı, Çolpı və Orta Muğan kəndlərində də var. Əraziyə icra hakimiyyətinin nümayəndələri gedib. 

Sakinlərlə görüşülüb, danışılıb. Vəziyyət izah edilib. Aidiyyəti qurumlar tərəfindən də mümkün çərçivədə kömək göstərilməsinə çalışılır. Suvarma məsələsinə yardım məqsədilə texnikalar cəlb edilir. Kənd əhalisinin suvarma suyu ilə təmin olunması üçün tədbirlər görülür. Hazırda hər şey qaydasındadır, heç bir problem, etiraz yoxdur”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri