İyl
2020
08:07
9
197
3584
Virtual karabakh

Bakıda işıqfor işləmədi, iki maşın toqquşdu: Üç qadın yaralandı - FOTO/VİDEO

9 İyl, 2020
08:07
3584

Bakıda işıqfor işləmədi, iki maşın toqquşdu: Üç qadın yaralandı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Nizami rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Baku TV xəbər verir ki, qəza Babək prospektinin rayon ərazisinə düşən hissəsində qeydə alınıb.

Vidadi Hüseynov idarə etdiyi “Mercedes” markalı yük maşını ilə hərəkətdə olarkən işıqforun qırmızı işığında dayanıb. 

Bu zaman prospektlə hərəkətdə olan və Vüqar Abdullayevin idarə etdiyi “Toyota” markalı avtomobil yük maşınına çırpılıb.

Qəza zamanı “Toyota”da olan üç xanım sərnişin xəsarət alıb. 

Əraziyə DYP və Təcili Tibbi Yardım briqadası cəlb olunub.

İlkin məlumata görə, hadisə zamanı yolun sağ tərəfindəki işıqfor işlək vəziyyətdə olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri