İyl
2020
09:21
11
171
1893
Virtual karabakh

Kürdəmir sakini otlaq sahəsindən həmkəndlisinin heyvanlarını oğurladı - VİDEO

9 İyl, 2020
09:21
1893

Kürdəmir sakini otlaq sahəsindən həmkəndlisinin heyvanlarını oğurladı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kürdəmir rayonu, Qarabucaq kənd sakini Məhərrəm Fərzəliyev Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, otlaq sahəsindən ona məxsus 12 baş iribuynuzlu heyvanın oğurlanması ilə bağlı məlumat verib.

Baku TV xəbər verir ki, bununla əlaqədar olaraq, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Əməliyyat zamanı oğurluğu törətməkdə şübhəli bilinən şəxsin Qəbələ rayon sakini və hazırda Kürdəmir rayonu Qarabucaq kəndində yaşayan İlkin Əhmədli olduğu müəyyən edilib. 

Axtarış tədbirləri zamanı İlkin Əhmədli saxlanılaraq şübhəli şəxs qismində Kürdəmir Rayon Polis Şöbəsinə gətirilib. 

İlkin dindirmə zamanı o, törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri