13 
İyl
2020
12:51
201
134
4777
Virtual karabakh

Qeyri-qanuni yollarla Lerikə istirahətə gələnlər cərimələndi - FOTO

13 İyl, 2020
12:51
4777

Qeyri-qanuni yollarla Lerikə istirahətə gələnlər cərimələndi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reyd zamanı sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan qaydaları pozaraq, qeyri-qanuni yollarla istirahətə gələn şəxslər aşkarlanaraq, barələrində tədbirlər görülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə karantin rejimi dövründə heç bir icazələri olmadan Lerik rayonuna gələrək, burada yerləşən istirahət mərkəzlərində dincələn şəxslər müəyyən edilib və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokol tərtib edilib, onlar cərimə olunublar.

Bəzilərinin isə çalışdıqları idarə və müəssisələr tərəfindən verilmiş xüsusi icazələrdən sui-istifadə edərək, istirahət məqsədilə rayona gəldiyi məlum olub. Qarşıdakı vaxtlarda bu cür qayda pozuntularının təkrar aşkar olunacağı təqdirdə daha ciddi tədbirlərin görüləcəyi onların diqqətinə çatdırılıb. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri