13 
İyl
2020
13:53
93
226
2847
yuxarı
Mingəçevirdə sərt karantin rejimində fəaliyyət göstərən bərbərxana aşkar edildi - VİDEO
13 İyl, 2020
13:53
2847
93
226
Mingəçevirdə sərt karantin rejimində fəaliyyət göstərən bərbərxana aşkar edildi - VİDEO
Mingəçevir şəhərində sərtləşdirilmiş karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərən bərbərxana aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı şəhər ərazisində Bakir Hacıyevə məxsus kişi salonunun qanunsuz olaraq sərt karantin rejimində işlədiyi məlum olub. Obyektə baxış zamanı salonda bərbər və müştərilərin olduğu aşkar edilib.
Karantin rejimi qaydalarını pozduqları üçün həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokol tərtib edilib, onlar cərimələniblər.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək