13 
İyl
2020
13:47
148
18
1551
yuxarı
Qazax sakinindən bir kiloqramdan çox narkotik götürülüb
13 İyl, 2020
13:47
1551
148
18
Qazax sakinindən bir kiloqramdan çox narkotik götürülüb
Qazaxda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Qazax şəhər sakini, əvvəllər məhkum olunmuş N.Əhmədov saxlanılıb.
Şəxsi axtarış zamanı onun üzərindən doqquz qramdan artıq, yaşadığı evdən isə 1,1 kiloqram marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək