13 
İyl
2020
18:57
1154
270
24775
Virtual karabakh

190 manata qarpız alıb qıran qardaşlar peşman olub - VİDEO

13 İyl, 2020
18:57
24775

190 manata qarpız alıb qıran qardaşlar peşman olub - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

190 manatlıq birdəfəlik ödəməni alaraq onu nümayişkaranə şəkildə israfçılığa sərf edən qardaşlar peşman olduqlarını bildiriblər.

Onlar bununla bağlı sosial şəbəkələrdə video yayıblar.

Ruslan və Coşqun Quliyevlər bildiriblər ki, dövlətin onlara verdiyi ödənişi düzgün istifadə etmədiklərini sonradan başa düşüblər:

“Qardaşımla birlikdə 190 manat haqqında bir video çəkmişdim və bu, insanlarda qıcıq yaratmışdı. Sonradan başa düşdüm ki, dövlətin mənə verdiyi ödənişi təyinatı üzrə düzgün istifadə etməmişəm, buna görə etdiyim əməldən peşmanam”.

Xatırladaq ki, 23 yaşlı Ruslan Quliyevin "Youtube" video platformasında 260 mindən çox abunəçisi var. O, qardaşı ilə birlikdə onlara verilmiş 190 manatlıq birdəfəlik ödənişə qarpız alıb, hamısını qıraraq video çəkiblər. Bu video izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri