13 
İyl
2020
23:46
39
192
3985
Virtual karabakh

FHN-dən Şəmkirdə yağışın yaratdığı fəsadlarla bağlı AÇIQLAMA

13 İyl, 2020
23:46
3985

FHN-dən Şəmkirdə yağışın yaratdığı fəsadlarla bağlı AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün səhər saatlarından başlayaraq yağan intensiv yağışlar nəticəsində Şəmkir rayonunun Yuxarı Seyfəli və Abbaslı kəndlərində fərdi yaşayış evlərinin həyətyanı sahələrinin yağış suları ilə dolması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə çoxsaylı müraciətlər daxil olub.

FHN-dən daxil olan məlumatda deyilir ki, yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, habelə Şəmkir Rayon İcra Hakimiyyətinin xüsusi texnikaları yağış sularının dolduğu ərazilərdə suçəkmə işlərinə cəlb olunub.

Hazırda suçəkmə işləri davam etdirilir və digər təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri