14 
İyl
2020
12:52
51
237
3529
Virtual karabakh

Gəncədə gizli fəaliyyət göstərən idman zalı aşkarlandı - FOTO

14 İyl, 2020
12:52
3529

Gəncədə gizli fəaliyyət göstərən idman zalı aşkarlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə şəhərində karantin rejimi qaydalarını pozaraq, gizli fəaliyyət göstərən idman zalı aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilən sanitar-karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları tərəfindən mütəmadi tədbirlər davam etdirilir.

Baş Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı şəhərin Nizami rayonu ərazisində gizli şəkildə fəaliyyət göstərən idman zalı aşkarlayıb.

Dərhal polis əməkdaşları tərəfindən “Fithouse” adlı trenajor zalının fəaliyyəti dayandırılıb. Zalda məşq edən Kamran Həsənli, İlqar Məmmədov, Səməd Yaqubov, Vüqar Məmmədov, Elçin Kərimov və Mehrin Nəcəfovun barəsində isə qanunamüvafiq tədbir görülüb. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri