17 
İyl
2020
14:44
57
156
9101
yuxarı
Bəzi yeni qəbul olunan tələbələr dərsə sentyabrın 15-də başlamaya bilər - AÇIQLAMA
17 İyl, 2020
14:44
9101
57
156
Bəzi yeni qəbul olunan tələbələr dərsə sentyabrın 15-də başlamaya bilər - AÇIQLAMA
“Hər hansı səbəblərə görə ali məktəblərə qəbul olan tələbələr birinci kurslar dərsə sentyabrın 15-dən başlamaya bilərlər”.
Oxu.Az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış və qəbul imtahanları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu tarixə qədər ali məktəblərə qəbulun birinci mərhələsi başa çatsa da, boş qalan yerlərə yerləşdirmə bir qədər gecikə bilər:
“Magistraturaya qəbul prosesinin sentyabrın 15-dək yekunlaşdırılması nəzərdə tutulur”.
“Həmçinin, orta ixtisas məktəblərinə qəbul olmaq istəyən IX siniflərin də qeydiyyatı bu tarixə qədər yekunlaşacaq və onlar dərslərə başlaya biləcək”, - deyə sədr qeyd edib.
İlhamə Əbülfət
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək