23 
İyl
2020
15:06
124
202
5516
Virtual karabakh

Azərbaycanda mağazalardan oğurluq edən bacı-qardaş tutuldu - FOTO

23 İyl, 2020
15:06
5516

Azərbaycanda mağazalardan oğurluq edən bacı-qardaş tutuldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəmkir rayon Polis Şöbəsinin (RPŞ)  əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq, bir qrup şəxs halında özgənin əmlakını gizli yolla talamaqda şübhəli bilinən Ağstafa rayon Köçəsgərli kənd sakinləri, əvvəllər məhkum olunmuş 36 yaşlı Eldəniz Qasımov və onun bacısı İlhamə Qasımova saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, saxlanılan şəxslərin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, onlar cari ilin may-iyul aylarında rayon ərazisindəki mərkəzi bazarda yerləşən qadın geyimləri satılan üç mağazadan 2160 manat dəyərində ümumilikdə 59 dəst qadın paltarı oğurlayıblar.

Dindirilmə zamanı onlar törətdikləri cinayət əməlini etiraf edərək bildiriblər ki, əvvəlcədən planlaşdırdıqları kimi, ayrı-ayrı vaxtlarda mağazaya daxil olub, satıcının diqqətini yayındırmaqla oğurluq ediblər.

Hazırda həmin şəxslərin respublikanın digər şəhər və rayonlarında analoji cinayətləri törədib-törətməməsi istintaq tədbirləri ilə müəyyənləşdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri