30 
İyl
2020
13:17
252
17
1182
Virtual karabakh

Los-Ancelesin meri Azərbaycan icmasının üzvlərinə hücumları pisləyib

30 İyl, 2020
13:17
1182

Los-Ancelesin meri Azərbaycan icmasının üzvlərinə hücumları pisləyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Los-Anceles şəhərinin meri Erik Qarsetti Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevə məktub ünvanlayaraq, iyulun 21-də Baş Konsulluğun ofisi qarşısında azərbaycanlılara münasibətdə baş vermiş zorakılığı kəskin şəkildə qınadığını bildirib və hadisənin Los-Anceles Polis İdarəsi tərəfindən araşdırıldığını qeyd edib.

Baku TV xəbər verir ki, sərbəst toplaşmaq və söz azadlığının Amerika dəyərlərinin təməl daşları olduğunu və bu azadlıqların Los-Ancelesdə də uzun illərdir təmin olunduğunu deyən mer zorakılığın yolverilməz olduğunu vurğulayıb.

E.Qarsetti Los-Ancelesdə yaşayan Azərbaycan icmasının təhlükəsizliyinin təmin olunması istiqamətində səylərin davam etdiriləcəyini bildirib.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri