30 
İyl
2020
15:00
12
42
1828
Virtual karabakh

“Evimiz” və CUBİCS “Brandonline” texnologiyası üzərindən onlayn mağazanın yaradılması barədə razılığa gəlib

30 İyl, 2020
15:00
1828

“Evimiz” və CUBİCS “Brandonline” texnologiyası üzərindən onlayn mağazanın yaradılması barədə razılığa gəlib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şirkətin əsas məqsədi auditoriyanın loyallığını, eləcə də xidmət səviyyəsini artırmaqdır. İndi innovasiyalı texnologiya sayəsində müştərilər öz mühitlərində asanlıqla rahatlıq yaradacaq, sahibkarlar isə müasir dövrün tələblərinə uyğun fəaliyyət göstərə biləcəklər.

“Evimiz” mağazası eksklüziv dəbli mebel növləri, orijinal aksessuarları, unikal bağ malları və rahat yaşayışda arzu olunan hər şeyi dəyərləndirənlər üçün ideal seçimdir. Geniş çeşidlə yanaşı, bu brend həmişə yüksək dərəcəli müştəri yönümlülüyü və yanaşmasının müasirliyi ilə fərqlənib: belə ki, tezliklə mobil tətbiqlər vasitəsilə yerli bazar üçün nisbətən yeni olan omnikanallıq modeli tətbiq ediləcək.

Bu metodika oflayn və onlayn kommunikasiya kanallarının sıx inteqrasiyasını, habelə insanların üstün bildikləri meyarları daha dərindən öyrənmək üçün nəzərdə tutur. Bir neçə mənbədən əldə olunan məlumat istehlakçının maraqlarını nəzərə alaraq, fərdi təklifin formalaşdırılması üçün daha möhkəm zəmin yaradır.

Şirkətin direktoru Ceyhun Cəfərovdan xahiş etdik ki, biznesin onlayn və omnikanal yanaşma konsepsiyasına doğru genişləndirilməsi ilə bağlı qərarını şərh etsin:

“İndiki dövrdə insanlar artıq bir tipli qarşılıqlı fəaliyyətlə kifayətlənmir. Müştərilər mağazalardakı malları nəzərdən keçirərək, onlara fiziki olaraq toxunmaq, məhsulların xüsusiyyətlərini və qiymətlərini müqayisə etmək imkanına malikdirlər. Bəzən mallara yerində baxış keçirərək, alıcılar satınalma qərarını daha sonra verirlər. Digər hallarda isə onlar internetdə maraqlı modelləri seçirlər və nəhayət, düzgün seçimlərindən əmin olmaq və satınalmanı yekunlaşdırmaq üçün satış məntəqəsinə yollanırlar.

Bu cür müşahidələr göstərir ki, müasir həyatda davamlı inkişaf üçün biznes fəaliyyətində daha çox səy göstərmək lazımdır – şou-rumları və dəstəyi, habelə mağazalarda məsləhətçi xidmətlərini, onlayn kataloqları və bir çox digər kateqoriyaları təqdim etməklə müştəri bazasına diqqət yetirərək, onu genişləndirmək. Bu yanaşma yalnız müştəri auditoriyasını genişləndirməyə deyil, həmçinin onun loyallığını artırmağa kömək edir. Sonda əlavə etmək istərdim ki, “Evimiz” həmişə müştərilərini üstün tutur və indi biz xidmətin daha rahat şərtlərini təmin etmək üçün əlimizdən gələni edirik. CUBICS-ə müraciət edərək, biz layihənin ən qısa müddətdə ən yaxşı şəkildə yerinə yetirilməsini gözləyirik. Tezliklə alıcılarımız yeni veb-saytımız, eləcə də “AppStore” və “Google Play”də yüklənə biləcək mobil tətbiqlər vasitəsilə bizə müraciət edə biləcəklər”.

Biz isə öz tərəfimizdən yeni “Evimiz” layihəsinə uğurlar arzulayırıq və səbirsizliklə şopinq üçün yeni imkanların təqdim olunmasını gözləyirik.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri