Avq
2020
09:35
24
146
1771
Virtual karabakh

İmişlidə məktəbdən altı kompüter və televizor oğurlandı - VİDEO

6 Avq, 2020
09:35
1771

İmişlidə məktəbdən altı kompüter və televizor oğurlandı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı rayon ərazisində müxtəlif vaxtlarda oğurluqlar törədən şəxslər saxlanılıb.

Baku TV xəbər verir ki, avqustun 1-də rayonun Otuziki kənd məktəbindən polis şöbəsinə daxil olan məlumatda məktəbin kompüter avadanlıqlarının oğurlandığı bildirilib.

Əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Otuziki kənd sakini Musa Məlikov saxlanılıb.

Məlum olub ki, adıçəkilən şəxs məktəbdən altı ədəd noutbuk və bir ədəd rəqəmsal televizor oğurlayıb.

Saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edərək, peşman olduğunu söyləyib.

Rayonda törədilən digər cinayət hadisəsinin üstü açılıb. İmişli şəhər, Nəsimi küçəsi, 16 ünvanında yerləşən evdən 110 manat məbləğində pul vəsaiti və 495 manat dəyərində mobil telefon oğurlanması ilə bağlı Rayon Polis Şöbəsinə məlumat verilib.

Keçirilən əməliyyat nəticəsində hadisəni törədən Əlişir Tağıyev saxlanılıb. O da “həmkarı” kimi törətdiyi əməli etiraf edərək, peşmanlıq keçirdiyini bildirib.

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri