Avq
2020
10:00
465
25
5060
Virtual karabakh

Şahdağ Milli Parkında üçüncü zubr balası dünyaya gəldi - FOTO

6 Avq, 2020
10:00
5060

Şahdağ Milli Parkında üçüncü zubr balası dünyaya gəldi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan ofisi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Azərbaycana gətirilən zubrlardan daha birinin balası dünyaya gəlib. Beləliklə, zubr balalarının sayı üçə çatıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova Oxu.Az-a bildirib ki, bala sağlamdır və artıq yerli şəraitə uyğunlaşaraq, sürüyə qoşulub: 

“İDEA İctimai Birliyi ilə Şahdağ Milli Parkı arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən, nəsli kəsilmiş zubrların bərpası, onların ölkə təbiətinə reintroduksiya olunması və artırılması məqsədilə 2019-cu ilin mayında Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisinə Fransa və Belçika zooparklarından 12 baş zubr gətirilərək, təbiətə buraxılıb”. 

A.Səmədovanın sözlərinə görə, artıq zubrların sayı 15-ə çatıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri