Avq
2020
11:18
13
106
1485
Virtual karabakh

Ünvanlı sosial yardıma cəlb edilənlərin sayı açıqlandı - RƏSMİ

7 Avq, 2020
11:18
1485

Ünvanlı sosial yardıma cəlb edilənlərin sayı açıqlandı - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Pandemiya dövründə sosial ödənişlərin davamlılığının, hətta hər ay vaxtından əvvəl ödənilməsi təmin edilib. Təkcə pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardımlar üzrə bu ilin yeddi ayında 2,3 milyondan çox şəxsə, (əhalinin 23 faizinə) 3,3 mlrd. manata yaxın vəsait ödənilib”.

Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlət başçısının tapşırıqlarına uyğun olaraq pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək məqsədilə görülən tədbirlərə və qarşıda duran vəzifələrə dair keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu da ötən ilin eyni dövrünə nisbətən təqribən 30 faiz çox olmaqla, 719 milyon manat çoxdur:

“Sosial təminat sistemi ilə əhatə olunanların da sayı 130-150 min nəfər artıb, o cümlədən, əlavə olaraq 14 min ailə üzrə 60 minə yaxın şəxs ünvanlı sosial yardım proqramına cəlb edilib, proqram artıq 350 min insanı əhatə edir və sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği də 225 manatı ötüb”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri