Avq
2020
19:39
26
251
6024
Virtual karabakh

Azərbaycanlı qanunsuz yolla pul qazanmaq üçün Almatıda özünü “oğurlatdırdı” - FOTO

7 Avq, 2020
19:39
6024

Azərbaycanlı qanunsuz yolla pul qazanmaq üçün Almatıda özünü “oğurlatdırdı” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxıstanda 37 yaşlı azərbaycanlı külli miqdarda pul əldə etmək üçün özünü oğurlatdırıb. 

Bununla bağlı Kazpravda.kz Qazaxıstan polis idarəsinin mətbuat xidmətinə istinadla məlumat yayıb. 

O, tez-tez Qazaxıstanın Almatı şəhərindəki qohumlarının evinə qonaq gedib. Azərbaycanlı qanunsuz yolla külli miqdarda pul əldə etmək üçün “tamaşa” qurub. 

Həmin şəxs Almatıda özünü Qazaxıstana meyvə və tərəvəz gətirən iş adamı kimi təqdim edərək, partnyor axtarmağa başlayıb. Bu zaman onu tələsinə Nur-Sultandan olan biznesmen düşüb. 

37 yaşlı kişi əmisi oğlu, onun dostu və sevgilisi ilə cinayət əməlini həyata keçirib. O, özünü oğurlatdırıb, daha sonra “oğrular” qazaxıstanlı biznesmenə səsli mesaj və azərbaycanlının qanlı fotosunu göndərib. “Oğrular” azərbaycanlının sağ qalması üçün qazaxıstanlıdan 100 min dollar pul istəyib. 

Bütün olanlardan sonra qazaxıstanlı biznesmen polisə müraciət edib. Aparılan araşdırmalar zamanı cinayətkarların əməlləri ifşa olunub. Bildirilib ki, əslində fotoda azərbaycanlının üzərinə tökülən dovşan qanı olub.

Həmin şəxslər saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri