Avq
2020
10:34
192
17
1657
Virtual karabakh

Yevlaxdan Cəlilabada dilənçiliyə gedən şəxslər tutuldular

8 Avq, 2020
10:34
1657

Yevlaxdan Cəlilabada dilənçiliyə gedən şəxslər tutuldular

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad şəhəri ərazisində qurulmuş postlardan birində saxlanılan “VAZ 21011” markalı avtomobilin sürücüsü, Yevlax sakini C.Bukavadzenin karantin rejimini pozaraq, Yevlaxdan Cəlilabada gəldiyi müəyyən edilib.

Avtomobildə olan digər iki Yevlax sakini isə Cəlilabad şəhəri ərazisində dilənçiliklə məşğul olduqlarını bildiriblər. Hər üç şəxs Cəlilabad Rayon Polis Şöbəsinə dəvət edilərək, onlarla profilaktik söhbətlər aparılıb. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri