10 
Avq
2020
15:46
47
135
35331
Virtual karabakh

Azərbaycanda daha bir yüksək vəzifəyə TƏYİNAT

10 Avq, 2020
15:46
35331

Azərbaycanda daha bir yüksək vəzifəyə TƏYİNAT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin yeni rəis müavini Fərid Bağırov təyin edilib.

Bu barədə Oxu.Az-a qurumdan məlumat verilib.

Qeyd edək ki, Fərid Bağırov 1979-cu ildə anadan olub.

Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

2000-ci ildən Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi, Dövlət Dəniz Administrasiyası, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, “Azərbaycan Hava yolları” QSC, Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində müxtəlif vəzifələrdə çalışıb.

Ailəlidir, üç övladı var.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri