11 
Avq
2020
11:18
115
11
1552
Virtual karabakh

Narkotiklə tutulmuş Astara sakininin digər cinayəti üzə çıxdı

11 Avq, 2020
11:18
1552

Narkotiklə tutulmuş Astara sakininin digər cinayəti üzə çıxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Narkotik vasitə ilə tutulmuş Astara sakininin digər cinayət əməli də üzə çıxıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı tutulmuş rayonun Ərçivan qəsəbə sakini R.Mirzəyevin ətrafında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun qohumu olan şəxsin evindən oğurluq etdiyi də müəyyən olunub.

Aparılan araşdırmalarla R.Mirzəyevin Ərçivan qəsəbə sakini H.Hüseynova məxsus yaşayış evindən 1 500 manat pul oğurladığı məlum olub.

Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri