11 
Avq
2020
15:50
68
185
2310
Virtual karabakh

Balakəndə karantin rejiminin tələblərini pozan obyekt sahibi üç min manat cərimələnib - FOTO

11 Avq, 2020
15:50
2310

Balakəndə karantin rejiminin tələblərini pozan obyekt sahibi üç min manat cərimələnib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində karantin rejiminin tələblərinə riayət etməyən restoran müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Katex kəndində yerləşən “Fontan” restoranında masaların bir-birinə yaxın qoyulduğu, müştərilərin sosial məsafə gözləmədən əyləşdikləri aşkarlanıb.

Tətbiq edilən qaydalara əməl etməyən obyekt sahibi Ruslan Osmanov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokol tərtib edilib, o, 3 000 manat cərimələnib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri