13 
Avq
2020
10:07
33
131
2227
Virtual karabakh

Goranboyda karantin rejimini pozan kafe aşkarlanıb - FOTO

13 Avq, 2020
10:07
2227

Goranboyda karantin rejimini pozan kafe aşkarlanıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Goranboy rayonunda karantin rejimini pozan kafe aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.

Polis əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayonun Şəfəq kəndində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb.

Obyekt sahibi və müştərilər saxlanılaraq, RPŞ-yə  gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) üzrə protokol tərtib olunub, onlar 200 manat məbləğində cərimə edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri