13 
Avq
2020
12:59
18
281
33084
Virtual karabakh

Siyəzəndə dəhşətli qəza - YENİLƏNİB + VİDEO

13 Avq, 2020
12:59
33084

Siyəzəndə dəhşətli qəza - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Siyəzən rayonunun Zarat kəndində “Mercedes” və “Ford” markalı iki yük avtomobili toqquşub.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Ford” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan bir nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

12:24

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Siyəzən rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı açıqlama verib.

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Oxu.Az-a  bildirib ki, hadisə zamanı maşında iki nəfər olub:

“Sürücü xəsarət almayıb. Digər sərnişinin isə vəziyyəti ağır qiymətləndirilir”.

11:59

Siyəzən rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, görüntülərdə bir nəfərin ağır yaralanması əks olunub.

Qəza zamanı ölənin olub-olmaması ilə bağlı dəqiq məlumat yoxdur.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri