13 
Avq
2020
13:18
141
23
2614
Virtual karabakh

Kişmişin içərisində narkotik keçirmək istədi, tutuldu - FOTO

13 Avq, 2020
13:18
2614

Kişmişin içərisində narkotik keçirmək istədi, tutuldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə İrandan Ukraynaya “Volvo” markalı yük maşınında külli miqdarda narkotik vasitələrin gömrük nəzarətindən gizlədilərək aparılacağı barədə əməliyyat məlumatı daxil olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Astara gömrük postunda saxlanılan nəqliyyat vasitəsinin Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Ukraynada fəaliyyət göstərən şirkətlərdən birinin ünvanına “kişmiş” yükü apardığı müəyyənləşib. 

Ukrayna vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsi saxlanılıb və “Volter” ləqəbli kinoloji xidmət itinin iştirakı ilə yoxlama həyata keçirilib. Bu zaman xidməti it xüsusi işarə və hərəkətlərlə yük maşının qoşqusunun ətraflarına reaksiya verib.

Baxış zamanı “kişmiş” yükünün içərisində gizlədilən xırda formalarda, ümumi çəkisi 5 kiloqram 200 qram olan qara rəngli, kəskin iyli narkotik vasitə - tiryək aşkar edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri