14 
Avq
2020
15:55
75
19
4156
Virtual karabakh

Tələbələrin köçürülməsinə başlanılır

14 Avq, 2020
15:55
4156

Tələbələrin köçürülməsinə başlanılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avqustun 17-dən tələbələrin köçürülməsi prosesinə start veriləcək.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, elektron sənəd qəbulu avqustun 23-dək davam edəcək.

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də, ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilir.

Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir.

Bunun üçün təhsilalanlar tələb olunan məlumatı daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri