19 
Avq
2020
21:05
730
94
20525
Virtual karabakh

Azərbaycanda 14 yaşlı qızın ərə verilməsinin qarşısı alınıb

19 Avq, 2020
21:05
20525

Azərbaycanda 14 yaşlı qızın ərə verilməsinin qarşısı alınıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda rayonların birində yeniyetmə qızın məcburi ərə verilməsinin qarşısı alınıb.

Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova öz “Facebook” hesabı vasitəsilə məlumat verib.

O, bu gün səhər tezdən edilən zəngdə rayonların birində 14 yaşlı uşağın 27 yaşlı bir gənclə nişanlanması və bir neçə günə qızın gəlin aparılması məlumatını aldığını bildirib:

“Dərhal Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə bu barədə məlumatı ötürdüm. Günortaya artıq məlumat aldım ki, ailə ilə görüşülüb hüquqi məsuliyyət barədə ailə məlumatlandırılıb və ailə nəzarətə götürülüb. Görüş zamanı uşaqla ayrıca söhbət aparılıb. Uşaq təhsilini davam etdirmək istədiyini, lakin məcburi ərə verildiyini təsdiq edib”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri