21 
Avq
2020
16:06
200
972
19196
Virtual karabakh

“Ramiz Mehdiyev Azərbaycan dövlətinə və xalqına meydan oxuyur” - ŞƏRH

21 Avq, 2020
16:06
19196

“Ramiz Mehdiyev Azərbaycan dövlətinə və xalqına meydan oxuyur” - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qanunlarımıza riayət edən sadə Azərbaycan vətəndaşı Ramiz Mehdiyevdən milyon dəfə üstün insandır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin karantin qaydalarını pozaraq, nəvəsinə təmtəraqlı toy məclisi təşkil etməsinə münasibət bildirən Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı deyib.

Fəzail Ağamalının sözlərinə görə, ölkə Prokurorluğu özündə cəsarət tapıb bu məsələ haqqında cinayət işi açmalıdır:

“Mən bu günədək heç kəsin ailə məsələsinə qarışmamışam. Ancaq indiki zamanda – pandemiyanın böyük fəlakətlər törətdiyi bir vaxtda qapalı məkanda çox sayda insanın iştirakı ilə keçirilən bir toy məclisi Azərbaycan qanunlarını pozmaqdır, qanuna etinasızlıqdır.

Bu, Azərbaycan xalqını və dövlətini təhqir etməkdir. Yayılan videolardan da görünür ki, oturanların arasında heç 50 santimetr də məsafə yoxdur. Orada xidmət edənlərdən başqa heç kəsdə tibbi maska yoxdur, karantin qaydalarına əməl olunmur. Bu, ciddi qanun pozuntusudur.

Mənə elə gəlir ki, Azərbaycan Respubilkasının Prokurorluğu özündə cəsarət tapıb bu məsələ haqqında cinayət işi açmalıdır. Bu, mənim vaxtilə Ramiz Mehdiyev haqqında dediklərimi doğrultmaqdadır.

Bu, Azərbaycan dövlətçiliyinə meydan oxumaqdır, Azərbaycan qanunlarına meydan oxumaqdır. Azərbaycan qanunlarını ayaqlar altına almaqla, ona qarşı özünün təhqiramiz münasibətini ifadə etməkdir.

Sənin imkanın var, bu toyu keçirirsən, sonra da sosial şəbəkədə yayırsan. Yaxşı, aylardan bəri xonçasında konfeti xarab olan, oğul toyunu illərlə gözləyib onun toyuna hazırlaşdığı vaxtda qadağaların qoyulması ilə toyunu təxirə salan Azərbaycan vətəndaşından sənin üstünlüyün nədir? Heç nə!

Bu gün o qanuna riayət edən sadə Azərbaycan vətəndaşı Ramiz Mehdiyevdən milyon dəfə üstün insandır. Həm mənəvi keyfiyyətlərinə, həm qanuna hörmətinə, həm də dövlət sevgisinə görə.

Bu qədər saymazlıq, özbaşınalıq olar? Dediyim kimi, Ramiz Mehdiyev Azərbaycan dövlətinə, xalqına meydan oxuyur, Azərbaycan qanunlarını ayaq altına alır. Hüquq-mühafizə orqanları bununla bağlı tədbir görməlidir. Bunun başqa alternativi yoxdur”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri