24 
Avq
2020
13:41
224
15
1739
Virtual karabakh

Düşmənlə təmas xəttində kəndin elektrik enerjisi sistemi yaxşılaşdırılıb - FOTO/VİDEO

24 Avq, 2020
13:41
1739

Düşmənlə təmas xəttində kəndin elektrik enerjisi sistemi yaxşılaşdırılıb - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tərtər rayonunda təmas xəttində yerləşən Həsənqaya kəndinin elektrik enerjisi sistemində geniş quruculuq işləri həyata keçirilib.

Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, istehlakçıların fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün Mərkəzi- Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin, Tərtər Elektrik Şəbəkəsinin xidməti ərazisində bir sıra tədbirlər həyata keçirilib.

Belə ki, düşmənlə üz-üzə, təmas xəttində yerləşən Həsənqaya kəndinin elektrik enerjisi sistemi istifadəyə yararsız vəziyyətdə olub. “Azərişıq” ASC bu kənddə elektrik enerji sistemini indi tamamilə yenidən qurub. İstismara yararsız dayaq və naqillər, həmçinin transformator məntəqələri, sayğaclar yenisi ilə əvəz olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri