Sen
2014
10:52
5
8
1280
Virtual karabakh

Sevinc Osmanqızı ANS-dən getdi

9 Sen, 2014
10:52
1280

Sevinc Osmanqızı ANS-dən getdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Onun yerinə telekanalın digər əməkdaşı təyin olunub.

ANS-in daha bir tanınmış əməkdaşı telekanalı tərk edib.

Oxu.Az-ın lent.az-a istinadən məlumatına görə, ANS-in Vaşinqton bürosunun müxbiri Sevinc Osmanqızı kanalla yollarını ayırıb. Artıq onun yerinə təyinat da olub. Televiziyanın xəbər müxbiri Rita Ömərova S.Osmanqızının yerinə təyin edilib. Adının çəkilməsini istəməyən televiziya əməkdaşı vurğulayıb ki, R.Ömərova ingilis dilini mükəmməl bilməsə də, onun təyinatı məcburiyyətdən gerçəkləşdirilib.

ANS Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr müşaviri Mais Məmmədov Lent.az-a açıqlamasında faktı təsdiqləyib:

“Sevinc xanım öz ərizəsi ilə vəzifəsindən uzaqlaşıb. Həm də bunu məndən niyə soruşursunuz? Zəng edib, özündən soruşun”.

Qeyd edək ki, S.Osmanqızı tanınmış jurnalist və dövlət xadimi Osman Mirzəyevin qızıdır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri