28 
Avq
2020
14:48
72
20
1932
Virtual karabakh

Natiq Əliyev – “Daşın içindəki həyat” - VİDEO

28 Avq, 2020
14:48
1932

Natiq Əliyev – “Daşın içindəki həyat” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün saat 21:45-də Mədəniyyət kanalında heykəltəraş Natiq Əliyevə həsr olunan “Daşın içindəki həyat” sənədli filmi nümayiş etdiriləcək. 

Azərbaycan Televiziyasının Bədii və Sənədli Filmlər Studiyasında istehsal olunan film Azərbaycanın Xalq rəssamı, “Şöhrət” ordenli heykəltəraş, professor Natiq Əliyevin həyat və yaradıcılığına həsr olunub.

Filmdə Natiq Əliyevin dünyanın bir çox ölkələrində ucaldılan monumental əsərlərindən bəhs olunur. Heykəltəraşın ilk uşaqlıq illərindən başlayaraq, orta və ali təhsil dövrlərini əhatə edən həyat yolu işıqlandırılır, eləcə də sənət və sənətkarlıq haqqında düşüncələri yer alır.

Sənədli filmin çəkilməsində əsas məqsəd Azərbaycanın incəsənət tarixində öz yerini tutan dünya şöhrətli heykəltəraş Natiq Əliyevi tamaşaçıya daha yaxından tanıtmaq, xüsusən də gənc heykəltəraşlara nümunə kimi təqdim etməkdir.

Filmin ssenari müəllifi Cavi Dan, rejissoru Elnurə Kazımova, operatoru Adil Abbasovdur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri