28 
Avq
2020
15:06
27
104
8449
Virtual karabakh

Kimlər ənənəvi, kimlər onlayn təhsil alacaq? - VİDEO

28 Avq, 2020
15:06
8449

Kimlər ənənəvi, kimlər onlayn təhsil alacaq? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Epidemioloji vəziyyət imkan verərsə, bu il 1 milyon 300 min şagird uyğunlaşdırılmış qaydada tədrisə cəlb olunacaq. 

Bunlar məktəbəqədər hazırlıqda - 120 min uşaq, ibtidai siniflərdə - 650 min şagird, 5-dən yuxarı siniflərdə - 737 min şagird, peşə və ali təhsil müəssisələrində - 176 min tələbədir. 

Bəs kimlər ənənəvi, kimlər onlayn təhsil alacaq?

İbtidai siniflər sentyabr ayının 15-dən noyabrın 2-nə qədər həftədə dörd dəfə, əgər yoluxmalar çoxalarsa həftədə üç və ya iki dəfə olmaqla ənənəvi formada, 5-dən yuxarı siniflər sentyabr ayının 15-dən ən azı mart ayına qədər həftədə 2-3 dəfə olmaqla onlayn şəkildə dərslər təşkil olunacaq.

Peşə və ali təhsil tələbələri sentyabr ayının 15-dən ən azı mart ayına qədər onlayn təhsil alacaqlar. Ancaq burada bəzi ixtisaslarda I kurslarda istisnalar var.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri