29 
Avq
2020
11:51
26
229
8683
Virtual karabakh

Prezidentin köməkçisindən xarici ölkələrə gedənlərə XƏBƏRDARLIQ

Xarici ölkələrdən vətəndaşlarımızın ölkəyə gətirilməsi prosesi davam edir.

Oxu.Az-ın müxbiri Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, xarici ölkələrdən vətəndaşlarımızın həm quru, həm də hava yolu ilə koronavirus testi əsasında ölkəyə gətirilməsi prosesi davam etdirilir:

“Vətəndaşlarımız hazırkı dövrdə ciddi zərurət olmadan xarici ölkələrə getməkdən çəkinməlidir. Biz vətəndaşlarımıza çağırış edirik ki, ciddi zərurət olmadan xarici ölkələrə səfərdən çəkinsinlər. Sanitar-epidemioloji vəziyyət hər an pisləşə bilər və vətəndaşlarımızın ölkəyə qayıtmasında çətinliklər yarana bilər”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri